“Xiaomi” çoxfunksiyalı gizli kamera detektoru istehsal edib Fevral 12, 2020 | 11:13 / Texnoloji yeniliklər

Mənzil və otellərdə gizli kamera cihazları ən gözlənilməz yerlərdə quraşdırıla bilər. “Xiaomi”nin istehsal etdiyi yeni qadcet insanları gizli kameralardan qoruya biləcək.

“Smoovie” adlandırılan infraqırmızı detektor gizli kameraları aşkarlaya bilən çoxfunksiyalı cihazdır. Onları tapmaq üçün cihazın xüsusi gözü ilə ətrafa baxmaq kifayətdir. “Smoovie”nin köməyilə infraqırmızı işıq sayəsində bütün kamera linzaları aydın görünəcək.

4pda.ru saytının məlumatına görə, gizli kameraları axtarmaqdan əlavə, qadcet vibrasiya sensoru ilə təchiz olunub ki, bu da oğurluğun qarşısını almaq üçün istifadə etməyə imkan verir. Cihaz qapı dəstəyi, çanta kimi çox istifadə olunan əşyalara asıla bilər. Hər hansı hərəkət zamanı titrəmə yaranacaq və yüksək siqnal yayılmağa başlayacaq.

Mütəxəssislər Çində “Smoovie” çoxfunksiyalı infraqırmızı detektorun qiymətinin təxminən 14 dollar məbləğində olduğunu qeyd edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı