Ən kiçik “kamerofon” təqdim edilib Fevral 12, 2020 | 08:41 / Texnoloji yeniliklər

“Zanco” şirkəti ən kiçik telefonun yeni versiyasını təqdim edib. Ölçüsü 1 sm artırılsa da, o, kamera və rəngli ekranla təchiz edilib.

hi-tech.mail.ru saytının məlumatına görə, şirkət 2017-ci ildə korpusunun hündürlüyü cəmi 4,67 sm təşkil edən “Tiny T1” adlı ən kiçik telefonunu təqdim etmişdi. Lakin qurğu birrəngli miniatür ekrana malik idi, zəng və ismarıcdan başqa heç bir funksiyanı yerinə yetirmirdi. Bu səbəbdən “Zanco”nun mütəxəssisləri ən kiçik telefonun təkmilləşdirilmiş versiyasını hazırlayıblar.

“Tiny T2”nin ölçüləri 6,1×3×1,65 sm, çəkisi isə cəmi 31 q təşkil edir. Bununla yanaşı, telefon rəngli ekran, kamera, radio, MP3/MP4 pleyer və əfsanəvi “Doodle Jump” daxil olmaqla, bir çox inteqrasiya edilmiş oyunlarla təchiz olunub.

Həmçinin telefonun avtonomluğu 2 dəfə artırılıb. O, bir dəfə enerji ilə doldurulduqdan sonra 7 günə qədər işləyir. Qurğudan kiçik pleyer kimi istifadə etmək və ona “Bluetooth” vasitəsilə simsiz qulaqlıqlar qoşmaq olar. 0,3 meqapiksellik kamera ilə foto və hətta video çəkmək mümkündür.

“Kickstarter” platformasında “Tiny T2” telefonunu cəmi 59 dollara sifariş etmək olar. Şirkət artıq istehsal üçün lazımi məbləği toplayıb. İlk alıcılar miniatür telefonları 2020-ci ilin aprel ayında əldə edə biləcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı