Sükansız və pedalsız özü idarəolunan avtomobillər istifadəyə verilib Fevral 11, 2020 | 12:33 / Texnoloji yeniliklər

Malların ünvana çatdırılmasına nəzarət edən “Nuro” şirkəti yük daşınması üçün nəzərdə tutulan “R2” avtomobilini istehsal edib. Sürücüsüz avtomobilin sükan çarxı, pedalları və yan güzgüləri yoxdur. Avtomobilin yan tərəfindəki böyük bölmələr bəzi qida məhsullarını ünvana çatdırmaq üçün nəzərdə tutulub.

“R2” yavaş hərəkət edən vasitə kimi təsnif edilir, buna görə də onun avtomobillər ilə eyni təhlükəsizlik tələblərinə cavab verməsi vacib deyil.  R2 aşağı sürətlə işləyən avtomobil olduğu üçün idarənin ənənəvi olaraq tələb etdiyi bəzi funksiyaları, məsələn, güzgülər və ön şüşələrin olmasına ehtiyac duymur”, – deyə nəqliyyat naziri Eleyn Çao qeyd edib.

İlk vaxtlarda bir neçə yüz “R2” istehsalını planlaşdıran şirkətin iki il ərzində 5000-ə qədər avtonom “R2” avtomobilini işə sala biləcəyi güman edilir. “Nuro” Federal Nəqliyyat Nazirliyinin nəqliyyat vasitələrinin təhlükəsizliyi standartlarından azad edilən ilk şirkətdir.

CNN telekanalının verdiyi məlumata görə, şirkət vaxtaşırı “R2” əməliyyatı və bununla bağlı yaranan hər hansı uğursuzluq barədə federal hökumətə ümumi məlumat verməlidir. Mütəxəssislər “Nuro”nun yaxın zamanlarda “R3” avtobilini istehsal edəcəyini qeyd edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı