5G texnologiyası idmançılara nələri vəd edir? Fevral 10, 2020 | 02:29 / Maraqlı məlumatlar

Superkubok tarixində ilk dəfə stadion və ətrafındakı şəhər, hava limanı və Mayami şəhərinin daxil olduğu şəhərlər 5G texnologiyası ilə təchiz edilib. 5G geniş sahələrdə dəyişiklik və fürsət yaradan simsiz texnologiyanın növbəti nəslidir.

5G-nin peşəkar idman dünyasında liqalara və komandalara daha çox azarkeşi canlı oyun üçün bilet almağa təşviq edəcəyi gözlənilir.

Mayaminin 5G tətbiqetmə texnologiyasının hələ erkən mərhələdə olduğu üçün nisbətən məhdud olacağı bildirilir. Liqa onun ən yaxşı şəkildə necə istifadə ediləcəyini anlamağa çalışır.

Şəbəkə liqası ilə əməkdaşlıq edən “NFL” və “Verizon” (VZ) ümid edirlər ki, Super kubok yeni pərəstişkar təcrübələri, gəlir axınları və texnologiyanın gətirə biləcəyi performans haqqında daha yaxşı ideya mənbəyi olacaq. Onlar azarkeşlərin idmanın gələcəyindən və 5G-yə qoşulmasından məmnun qalmalarını istəyirlər.

Super Bowl Stadionu - 5G-nin böyük qiymətə malik olacağı yerdir.

Böyük qruplar bir yerə toplandıqda, 4G şəbəkəsində yüklənmə prosesi gedir. Ancaq 5G-nin mövcud 4G şəbəkəsindən təxminən 100 qat daha sürətli olacağı və yüzlərlə qoşulmuş qurğunu ləngiməsiz emal edə biləcəyi gözlənilir.

“Verizon” 5G Super Bowl cihazlarında pərəstişkarların saniyədə bir giqabayt qədər yükləmə sürətini gözləyə biləcəyini söyləyib. Bu, gələcəkdə oyunları sosial şəbəkələrdə yerləşdirməyə, onları izləməyə daha çox azarkeş cəlb etməyə kömək edə biləcək.

Bundan əlavə, OnePass azarkeşlərini dəstəkləmək üçün “NFL” tətbiqetməsində yeni funksiya meydana çıxacaq ki, bu da stadion şəbəkəsinə qoşulmuş 5G cihazları ilə insanlara oyunun yayımını bir neçə kameradan izləməyə imkan verəcək. Bu xüsusiyyət onlara beş fərqli nöqtədən baxmağa şərait yaradacaq. Azarkeşlər mənzərəni yalnız öz yerlərindən görə biləcək, böyük ekranda təkrarları gözləmək məcburiyyətində qalmayacaqlar.

“Verizon” 5G qurğusu olmayan azarkeşlərin də şəbəkə əlaqələrini yaxşılaşdıra bilməsi üçün stadionda və Mayami ətrafında 5G-nin qurulmasına, həmçinin 4G şəbəkəsinin gücləndirilməsinə 80 milyon dollar sərmayə qoyub.

Mütəxəssislər qeyd edirlər ki, azarkeşlərin cəlb edilməsi üçün imkanlar böyükdür: “Cib telefonunuzun kamerası sahəni göstərə və hər komandanın həmin mövsümdəki qeydləri və ya oynayan idmançıların statistikası barədə məlumat görə bilərsiniz”.

5G-nin canlı oyunları əhəmiyyətli dərəcədə yaxşılaşdırması gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı