3D printerdə yarış avtomobilləri çap olunur Fevral 10, 2020 | 11:22 / Texnoloji yeniliklər

Mühəndislər “Cupra Leon Competicion” yarış avtomobilinin detallarını 3D printerdə çap etməyə başlayıblar. Mütəxəssislərin fikrincə, bu yenilik istehsalda pula qənaət edəcək.

Onlar avtomobil üçün arxa görünüşlü güzgü korpuslarını, mərkəzi sükan idarəetmə modulunun, kapotun hava giriş dəliyi, radiator barmaqlığını, eləcə də əyləc soyutma sistemlərinin giriş borularının və əsas soyutma sisteminin necə qurulacağını öyrəniblər.

Detallar “HP Jet Fusion 5200” sənaye printerində çap olunur. Bunun sayəsində detalların lazımlı elementlərinin yaradılması prosesi sürətlənir. Bundan əlavə, sınaqlar zamanı ayrı-ayrı hissələrin konfiqurasiyasını dəyişdirmək mümkündür.

ferra.ru saytının məlumatına görə, 3D printerdə çap edilmiş komponentləri olan “Cupra Leon Competicion” avtomobili Portuqaliyanın Portimao yolunda sınaqdan keçirilib. Detalların istehsalının bu kimi üsulunun üstünlükləri aşkar olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı