“Onlayn Media 2014” layihəsi çərçivəsində keçirilən təlimlərə start verildi Oktyabr 27, 2014 | 03:35 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Tədris-İnnovasiya Mərkəzində  (TİM) “Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün növbəti təlimlərə start verildi. Layihə Multimedia Mərkəzi tərəfindən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA İTİ, Nar Mobile və SİNAM şirkətlərinin dəstəyi ilə həyata keçirilir.

Öncə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Onlayn Media 2014” layihəsindən söz açdı. Bildirdi ki, əsas məqsəd ölkədə informasiya cəmiyyəti, xüsusilə elektron hökumət quruculuğundan yazan jurnalistlərin peşəkarlığının artırılmasına köməklik göstərməkdir. Onun sözlərinə görə, təlimləri hər il olduğu kimi İKT və media sahəsində çalışan peşəkar mütəxəssislər aparacaq.

O.Gündüz qeyd etdi ki, təlimlərin proqramında sosial mediadan effektiv istifadə imkanları, multimedia jurnalistika, İnternetdə reklam, mobil internet və mobil texnologiyalar, onlayn şəffaflıq və informasiya azadlığı, elektron hökumət və açıq hökumət, kibercinayətkarlıq sahəsi ilə əlaqəli mövzular öz əksini tapıb.

Sonra TİM-in rəhbəri Rəsmiyyə Mahmudova çıxış edərək bu kimi layihələrin ölkəmizdə informasiya cəmiyyəti quruculuğunun inkişafına təkan verəcəyinə əminliyini ifadə etdi. İnstitutda informasiya cəmiyyəti və informasiya texnolologiyalarının müxtəlif problemləri istiqamətində elmi araşdırmaların aparıldığını diqqətə çatdıran R.Mahmudova ölkədə fəaliyyət göstərən jurnalistlərin bu prosesdə fəal iştirakının vacibliyini vurğuladı.

Qeyd edək ki, layihə çərçivəsində, həmçinin jurnalistlər, bloqçular və tələbələr üçün nəzərdə tutulan Onlayn Media Müsabiqəsi də davam edir. Müsabiqə üçün məqalələr və mikrobloqçular tərəfindən yazılan tvitlər 15 noyabr tarixədək qəbul olunacaq.

Oktyabrın 31-dək davam edəcək təlimləri uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı