“Ağıllı” səth Wi-Fi siqnalını 10 qat artıracaq Fevral 04, 2020 | 09:08 / Texnoloji yeniliklər

Massaçusets Texnologiya İnstitutunun alimləri simsiz İnternetin siqnalını artırmaq üçün daha sərfəli üsul hazırlayıblar.

“RFocus” adlanan ağıllı” səth divara və ya adi lövhəyə quraşdırıla bilən 3000 miniatür antenadan ibarətdir. Bu səth siqnal gücləndiricisi rolunu oynayır. O, marşrutlayıcıdan “Wi-Fi” siqnalını qəbul edir və onu başqa qurğulara ötürür.

Bu, Wi-Fi və ya 5G siqnalını artırmaq üçün ucuz və asan yoldur. Aparılan ilkin sınaqlar zamanı məlum olub ki, ağıllı” səth siqnalını 10 qat, şəbəkə genişliyini isə iki dəfə artıra bilir.

hi-tech.mail.ru saytının məlumatına görə, adi Wi-Fi təkrarlayıcılarından fərqli olaraq, bu “RFocus” simsiz İnternetin əhatə dairəsini artırmır, əksinə siqnal gücləndirir. O, istənilən şəbəkə ilə işləyir və əlavə konfiqurasiya tələb etmir.

Ağıllı” səth həm universal, həm də daha sərfəlidir. Səthdəki antenalardan istənilən formada Wi-Fi gücləndiricisini toplamaq və yeni modullar əlavə edərək sistemi genişləndirmək də mümkündür. Bu cür antenalar əlavə naqil tələb etməyən xüsusi divar kağızları şəklində quraşdırıla bilər.

Mütəxəssislər ağıllı” səthlərin kütləvi istifadəyə verilmə tarixini hələlik açıqlamayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı