Böyük Britaniya kraliçası II Yelizaveta ilk tvitini dərc edib Oktyabr 27, 2014 | 10:23 / Maraqlı məlumatlar

Böyük Britaniya kraliçası II Yelizaveta “Twitter” sosial şəbəkəsinə daxil olaraq Londonun məşhur Elm Muzeyində yeni sərginin açılışı haqqında məlumatı dərc edib. Kraliçanın ilk tviti hökumət akkauntu olan @BritishMonarchy-də dərc olunub.

“Elizabeth R.” imzası ilə çıxış edən II Yelizaveta yazıb: “Elm Muzeyində “İnformasiya əsri” sərgisinin açılışını etmək necə də xoşdur. Ümid edirəm ki, insanlar bu sərgini ziyarət etməkdən məmnun qalacaqlar”.

Qeyd edək ki, oktyabrın 24-də muzeyin yeni açılan bölməsində informatika və kommunikasiyalara həsr olunmuş ekspozisiya yer alıb. Burada 800-dən çox eksponat təqdim olunub. Sərgidə görkəmli ingilis riyaziyyatçısı Alan Türinqin yaratdığı dünyada ilk kompüter də sərgilənib. “ИТАР-ТАСС” İnformasiya Agentliyinin bildirdiyinə görə, yeni bölmədəki rekonstruksiya işlərinə 25 milyon dollar sərf edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı