Yanğınsöndürənlər üçün tənzimləyiciləri olan xüsusi geyim hazırlanıb Fevral 03, 2020 | 10:14 / Texnoloji yeniliklər

Belçika alimləri tərəfindən hazırlanmış yeni qoruyucu kostyumlar yanğınsöndürənləri həddən artıq istiliyin təsirindən yaranan təhlükələrdən qoruya biləcək.

Gent Universitetinin alimləri , “Interuniversity Microelectronics Centre” (IMEC) tədqiqat mərkəzinin işçiləri, eləcə də “Connect Group” və “Sioen” şirkətinin mütəxəssislərinin hazırladıqları qoruyucu geyim alovlanma hallarını istisna edən xüsusi sensorlarla təchiz edilib. Yanğınsöndürənlər üçün yeni geyim BSPP (Paris Yanğınsöndürmə Briqadası) tələbi ilə hazırlanıb.

Adi istiliyədavamlı kostyumlar yanğınsöndürənləri yalnız müəyyən temperatur səviyyəsinə qədər yanıqlardan qoruyur. Bu səviyyəni təyin etmək hər zaman mümkün olmur. Buna görə yanğınsöndürənlər bəzən sağlamlıqlarına və həyatlarına təhlükə yaranacaq vəziyyətlə qarşılaşırlar. Yanıq riskini minimuma endirə bilən daxili istilik sensoru ilə təchiz olunmuş geyim bu halların qarşısını alacaq, - deyə mütəxəssislər qeyd ediblər.

Yeni qoruyucu paltar yanğınsöndürənləri həddindən artıq yüksək temperatur olduğu zaman ölüm təhlükəsi haqqında xəbərdar edən səsli siqnalizasiya sistemi ilə də təchiz olunub.

Xüsusi tənzimləyicilər ilə təchiz olunmuş geyim Avropada qüvvədə olan EN469 standartına uyğun olaraq hazırlanıb.

planet-today.ru saytının məlumatına görə, Paris yanğınsöndürmə briqadası artıq kostyumu 1200 dərəcə Selsi temperaturda sınaqdan keçirib və effektivliyini təsdiqləyib. Aparılan sınaqlar paltarlara quraşdırılmış elektrik elementlərinin və batareyanın həddindən artıq yüksək temperaturda işləyən insanlar üçün təhlükəli olmadığını göstərib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı