Əl hərəkətlərini nitqə çevirən süni intellekt hazırlanıb Fevral 03, 2020 | 12:39 / Texnoloji yeniliklər

Daim inkişaf etməkdə olan “Google translate”in ən son yeniliklərdən biri səsli tərcümədir. Xidmət artıq bir çox dili dəstəkləsə də, funksiyaları arasında işarə dilini anlamaq və tərcümə etmək mövcud deyildi. Bu səbəbdən mütəxəssislər əl hərəkətlərini nitqə çevirə biləcək süni intellekt hazırlayıb.

4pda.ru saytının məlumatına görə, süni intellektin vəzifəsi jestləri nitqə çevirməkdən ibarət olacaq. “Google translate”in bu funksiyası nitq qüsurlu insanların işarə dilini bilməyən digər şəxslərlə ünsiyyət qurmalarını asanlaşdıracaq. Şirkət texnologiyanı nümayiş etdirmək üçün smartfon üzərində sınaqlar aparıb. Lakin daha əvvəl belə mürəkkəb alqoritmləri emal etmək üçün güclü masaüstü kompüterlərdən istifadə etmək lazım idi.

“Google” nümayəndələri Bu texnologiyanı daha etibarlı və sabit hala gətirərək genişləndirməyi, eyni zamanda müəyyən edilə bilən jestlərin sayını artırmağı planlaşdırırıq”, – deyə qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı