“Google Translate” canlı insan nitqini tərcümə edəcək Fevral 03, 2020 | 10:06 / Texnoloji yeniliklər

“Google” şirkəti “Google Translate” tərcümə sistemi üçün yeni funksiya təqdim edib. Sistem real vaxt rejimində lektorlar, siyasətçilər və ya sənətçilərin nitqlərini tərcümə edə biləcək. Yeni funksiya süni intellektə əsaslanır.

Bu funksiyanı tətbiq etmək üçün keyfiyyətli rabitə yaratmaq məqsədi ilə güclü İnternet bağlantısının olması mütləqdir. “Google Translate”in yeniliyi xarici dildə canlı və ya yazılmış mühazirəni altyazı olmadan dinləməyə şərait yaradacaq.

techcult.ru saytının məlumatına görə, əməliyyat zamanı “Google Translate” eşidilən sözləri bir-biri ilə müqayisə edəcək, cümlələrin kontekstini, intonasiyasını nəzərə alacaq və intuitiv olaraq durğu işarələri qoyacaq. İş real vaxt rejimində mətni daim redaktə etməklə, hadisələrin qaçılmaz olması üçün aparılır.

Səsli tərcümə sisteminə ingilis, alman, ispan və fransız dilləri daxil edilib. Xidmətin kütləvi istifadəyə verilmə tarixi hələlik müəyyən edilməyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı