Süni intellekt tarixin ən orijinal bəstəkarını təyin edib Yanvar 31, 2020 | 05:19 / Maraqlı məlumatlar

Süni intellektə yaxın alqoritmlər əsasında koreyalı alimlər tərəfindən yaradılan kompüter modeli musiqi tarixində ən orijinal klassik bəstəkar kimi rus bəstəkarı Sergey Raxmaninovu təyin ediblər.

planet-today.ru saytının məlumatına görə, süni intellekt Raxmaninovu üç akademik dövrün - Barokko, Klassizm və Romantizm müəlliflərinin yenilikçi bəstəkarı kimi tanıyıb. Raxmaninovun yaradıcılığına əlavə olaraq, tədqiqatda on səkkizinci və on doqquzuncu əsrlərdə işləyən on səkkiz digər bəstəkarın musiqisindən də istifadə edilib.

“Biz musiqinin yeniliyini və insanlara təsir dərəcəsini qiymətləndirmək üçün model hazırladıq. 1700-1900 arasında təxminən iki yüzə yaxın bəstəkarın fortepiano əsərləri təhlil edildi”, - deyə Koreya Yüksək Texnologiyalar İnstitutunun nümayəndələri qeyd ediblər.

Aparılan təhlillər göstərib ki, ən yenilikçi musiqi romantik dövrün musiqisi və  bu dövrün ən orijinal yaradıcısı rus bəstəkarı, pianoçu və dirijoru S.Raxmaninov olub. Süni intellekt onun iqtibas edilmiş musiqisinin olmadığını da aşkar edib. Raxmaninovdan əlavə, İohann Sebastyan Bax, Cons Brahms və Feliks Mendelson Bartoldini yenilikçi bəstəkarlar kimi tanıyıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı