İlk dəfə süni ilan zəhəri hazırlanıb Yanvar 30, 2020 | 05:04 / Maraqlı məlumatlar

Tədqiqatçılar ilk dəfə laboratoriyada ilan zəhəri toksinləri istehsal edə biliblər.

İlan zəhəri dərman və antidotların hazırlanması üçün lazımdır. Əsl ilanların yetişdirilməsini tələb etməyən istehsal üsulu tibb üçün əvəzolunmaz hesab edilir. Zəhərli toksinlər ibtidai insan orqanlarının yetişdirilməsinə uyğunlaşdırılmış texnologiya sayəsində əldə edilən mini vəzlərdən hazırlanır.

“Nauka” telekanalının məlumatına görə, tədqiqatçılar qrupu Cənubi Afrikadan gətirilən flap kobrası və yeddi digər ilan növünün vəzlərini bərpa edə bilib. Onların fikrincə, yeni yanaşma zəhər hazırlamaq üçün mövcud üsullar arasında çoxdan gözlənilən yenilikdir.

Belə ki, tədqiqatçılar süni ilan zəhərini kiçik ilan vəzlərinin böyüməsini dəstəkləyən optimal rejimlə hazırlayıblar. Parçalar ilan embrionlarından çıxarılaraq kök hüceyrələrə girmədən qida ilə qarışıq olan xüsusi gelə yerləşdirilib. Daha sonra hüceyrələr sürətlə bölünməyə və bir neçə ay ərzində zəhərli toksinlərin toplana biləcəyi kiçik damlalar meydana gətirən formalar yaratmağa başlayıblar. Tədqiqatçılar süni şəkildə böyüdülmüş zəhərli vəzlərdə dörd fərqli hüceyrə aşkar ediblər. Onlar istehsal edilən zəhərli peptidlərin bioloji cəhətdən aktiv olduğunu və canlı ilan zəhərində olanlara bənzədiyini təsdiqləyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı