Anime “Gundam”dan 18 metrlik robot qurulacaq Yanvar 30, 2020 | 10:55 / Maraqlı məlumatlar

Mühəndislər Yaponiyanın Yokohama şəhərinin limanında anime “Gundam”dan 18 metrlik nəhəng robot quracaqlar.

Robotun dizaynı bu janr tarixindəki ən uzun (epizod sayına görə) anime “Gundam”ın əsas personajının görünüşü ilə tamamilə uyğundur.

Robotun tarixi Yaponiyanın “Sunrise” studiyası tərəfindən hazırlanan bir çox televiziya şouları, “OVA” və bədii filmləri özündə cəmləşdirir. Transformerlər və digər populyar cizgi filmləri “Gundam” əsasında yaradılıb.

hightech.fm saytının məlumatına görə, “Gundam Factory”nin mühəndisləri “RX-78-2” robotunu hazırlayacaqlar. Onun çəkisi təxminən 24 ton təşkil edəcək. Robotun video təqdimatına əsasən, bir qolun uzunluğu təqribən 2 m, çəkisi 200 kq-dan çox olacaq.

Robot “Robot Operating System”in (ROS) açıq əməliyyat sistemi və Gazebo modelləşdirilməsi üçün proqram təminatından istifadə edərək hazırlanıb. Mühəndislər onun tammiqyaslı virtual surətini təqdim ediblər.

Qeyd edək ki, robotun nə vaxt tikiləcəyi və quraşdırılacağı hələ ki, dəqiqləşdirilməyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı