“Microsoft” kibertəhlükəsizlik mərkəzi yaradacaq Yanvar 29, 2020 | 12:09 / Maraqlı məlumatlar

Şimali İrlandiyada kibertəhlükəsizlik sektoru böyüyür. Bu səbəbdən qlobal texnologiya şirkəti “Microsoft”  kibertəhlükəsizliyin yeni mərkəzi üçün məkan olaraq Şimali İrlandiyanın paytaxtı Belfastı seçib.

Bu layihə çərçivəsində səksən beş yeni iş yeri yaradılacaq, eləcə də İqtisadiyyat Nazirliyi Belfast Şəhər kollecində təlimdən əvvəl təhsili maliyyələşdirmək üçün 800.000 funt sterlinq vəsait ayıracaq. “Microsoft”un Belfastdakı ofislərində artıq 28 nəfər çalışır.

“BBC News” telekanalının Rusiya xidmətinin məlumatına görə, “Şimali İrlandiya İnvest” planlaşdırılan 85 vəzifədən 25-nin  yaradılması məqsədi ilə 150.000 funt sterlinq təklif edib. Bununla yanaşı, akademiyanı bitirən bütün tələbələrə şirkətdə işlə təmin olunmaları üçün müsahibə imkanı da veriləcək.

Mütəxəssislər qeyd edirlər ki, 2030-cu ilə qədər Şimali İrlandiya bu sahədə 5000-ə qədər mütəxəssisin çalışdığı kibertəhlükəsizliyin qlobal mərkəzi kimi tanınacaq.

Microsoft Avropa, Orta Şərq və Afrikadakı ən böyük korporativ müştərilərinə dəstək verəcək və şirkət Şimali İrlandiyada yeni kibertəhlükəsizlik mərkəzini yaratmaqdan məmnundur”, - deyə “Microsoft” şirkətinin nümayəndəsi Darren Dillon bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı