Sürücüləri hərəkət zolaqları barədə xəbərdar edən neyroşəbəkə yaradılıb Yanvar 28, 2020 | 05:17 / Texnoloji yeniliklər

Bu gün peyk məlumatlarından istifadə edərək avtomobilin və ya smartfonun yerini təyin edən naviqasiya tətbiqləri səyahətləri daha da asanlaşdırıb. Bu naviqasiya proqramları məkanı dəqiqliklə müəyyənləşdirə bilsələr də, avtomobilin hansı hərəkət zolağında olduğunu anlamaq üçün yetərli deyillər. Onlar çox zaman dörd yol ayırıcında yanlış məlumat verərək sürücülərin düzgün olmayan istiqamətdə hərəkət etmələrinə səbəb olurlar.

Massaçusets Texnologiya və Qətər Hesablama Elmi-Tədqiqat İnstitutlarının alimləri GPS naviqatorlarına qovşaqları və hərəkət zolaqlarını vaxtında dəyişdirməyə kömək edən neyroşəbəkə hazırlayıblar. Şəbəkə, həmçinin avtomobilin ağacların və ya binaların arxasında gizlədildiyi zaman da peyk görüntülərini “çəkə bilir”.

hightech.fm saytının məlumatına görə, sistem “RoadTagger” adlandırılıb. “RoadTagger” aparılan sınaqlar zamanı yollarla bağlı əlavə detalları, xüsusən də hərəkət zolaqlarının sayını dəqiq müəyyənləşdirə bilib. Bu məlumatlar sürücüləri zolaqların ayrılma və ya birləşməsi barədə əvvəlcədən xəbərdar edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı