“Vikipediya” yeni rekorda nail olub Yanvar 27, 2020 | 02:12 /

“Vikipediya”nın banisi Jimmy Ueyls onu yaradarkən bütün biliklərə sərbəst girişi təmin etməyi əsas məqsəd hesab edib. Hesablamalara görə, “bəşəriyyətin ehtiyat nüsxəsi”ni yaratmaq üçün onlayn kitabxanada ən az 104 milyon məqalə olmalıdır. İndi o, bu hədəfə bir addım daha yaxınlaşır.

Bu günlərdə “Vikipediya”nın ingilis versiyası növbəti rekorda nail olub. İngilis dilində altı milyonuncu məqalə dərc edilib. Məqalə 19-cu əsr Kanadalı məktəb müəllimi, səyyah və fantastik əsərlər müəllifi Mariya Elize Tyorner Lauderə həsr edilib.

Qeyd edək ki, informasiyanın əlavə edilməsinin hazırki sürətində bəşəriyyətin bütün biliklərini rəqəmsallaşdırma vəzifəsini yerinə yetirmək üçün ən azı 20 il lazım olacaq. Digər dillərdəki məqalələrin sayı hələ də ingilisdilli məqalələrdən geri qalır. Məsələn, hazırda “Vikipediya”nın rus dilində olan versiyasında 1,59 milyondan çox məqalə var. İngilis nəşri saytdakı ən çox ziyarət edilən layihə adlanır - gündə təxminən 255 milyon səhifə. “SimilarWeb” analitik şirkətindən bildirilib ki, “Vikipediya” davamiyyət üzrə dünyada səkkizinci yeri tutur.

4pda.ru saytının məlumatına görə, alman və fransız “Vikipediya”sında müvafiq olaraq 2.3 və 2.1 milyon məqalə var. Beləliklə, “bəşəriyyətin ehtiyat nüsxəsi”nin ingilis dilində olmayan versiyaları üçün daha çox vaxt lazımdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı