Uşaq robototexnika turniri keçiriləcək Yanvar 24, 2020 | 04:28 /

25-26 yanvar tarixlərində Minskdə ikinci qış ROBOLAB IT” - turniri  keçiriləcək. Bu turnir robototexnika və proqramçı rütbəsi üçün mübarizə aparacaq 500-dən çox uşağı bir araya gətirəcək.

Turnirdə dörd yaşdan on beş yaşa qədər uşaqlar iştirak edə bilərlər. Proqrama əsas və yaradıcılıq kateqoriyaları üzrə “LEGO Education WeDo” robototexnika yarışması da daxildir. Burada turnir iştirakçılarının yaratdıqları güclü və çevik robotlar yarışacaqlar.

Robototexnika turniri çərçivəsində “LEGO Education EV3” yarışları da təşkil ediləcək. Bu yarışlarda isə zehni hesablamalar üçün təşkil edilən şoular olacaq.

belta.by saytının məlumatına görə, “ROBOLAB”ın beynəlxalq maarifləndirici layihəsi ziyarətçilər üçün çoxsaylı əyləncə proqramları hazırlayıb. Eyni zamanda tamaşaçılar üçün robototexnika üzrə ustad dərslərinin keçirilməsi də planlaşdırılır. Arzu edənlər aerodinamikanın əsaslarını öyrənə və kvadrokopter idarəetməsi üzrə master-klassda pilotluq edə, virtual əyləncə dünyasına daxil ola, eləcə də əl işlərinin hazırlanması üzrə tematik master-klass keçirə bilərlər.

Mütəxəssislər iki gün davam edəcək turnirə 2 mindən çox insanın gələcəyini gözləyirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı