“GM Cruise” ilk sürücüsüz avtomobilini təqdim edib Yanvar 22, 2020 | 05:16 / Texnoloji yeniliklər

Səhmlərinin çox hissəsi “General Motors”a məxsus olan “Cruise” ilk sürücüsüz avtomobilini təqdim edib. Elektrikli “Cruise” şirkətin digər səhmdarı “Honda” tərəfindən hazırlanıb. Sükanı və pedalı olmayan avtomobilin istehsalına ötən ildən başlanılıb.

Avtomobilin kütləvi istehsalına nə zaman başlanacağı barədə hələlik dəqiq məlumat verilməyib. Bundan öncə onun sınaqdan keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu Cruisein ilk sürücüsüz avtomobili deyil. O, uzun illər “test-drayver”lərin köməyi ilə “Chevrolet Bolt” elektrikli avtomobilini sınaqdan keçirib.

Keçən il isə “General Motors” San-Fransiskoda ticarət və ictimai iaşə sahələri üçün  sürücüsüz avtomobilləri istifadəyə vermək istəsə də, onların əlavə sınağa ehtiyac duyduğunu bildirərək bu planı müvəqqəti təxirə salıb.

“Honda” 2018-ci ildə “Cruise”in 5.7% səhmini 2.75 milyard dollara (2.1 milyard funt sterlinq) alıb. Elə həmin ilin oktyabrında sövdələşmənin bir hissəsi olaraq “General Motors” özünəməxsus avtomobil istehsal etməyi planlaşdırdığını açıqlayıb və Yaponiyanın “SoftBank Vision” Fondu da şirkətə investisiya qoyub.

BBC News telekanalının məlumatına görə, digər avtomobil istehsalçıları da ən yeni süni intellekt texnologiyasından istifadə edərək avtomatik idarə olunan avtomobillər istehsal etməyə can atırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı