2020-ci ildə kiberfırıldaqçılar mühəndislik, fişinq və DDoS hücumlarına üstünlük verəcəklər Yanvar 21, 2020 | 04:44 / Müsahibələr, çıxışlar

Məlum olduğu kimi, bu gün İsveçrə Konfederasiyasında Dünya İqtisadi Forumunun illik toplantısı öz işinə başlayıb. Davosda keçirilən qeyri-rəsmi görüşlərdə aparılan müzakirələr zamanı Rusiya Federasiyası “Sberbank”ının idarə heyətinin sədr müavini Stanislav Kuznetsov bildirib ki, bu il kiberfırıldaqçılar əsasən üç istiqamət üzrə – mühəndislik, fişinq və DDoS tətbiqli kiberhücumlara üstünlük verəcəklər.

“Bu il DDoS kiberhücumlarının xarakteri dəyişəcək. Bu da öz növbəsində müxtəlif müəssisələr, əsasən də kiçik şirkətlər üçün daha böyük təhlükə yaradacaq. Bundan başqa, kiberfırıldaqçılar müxtəlif şirkətlərin əməliyyat sistemlərinə zərbə vurmaq məqsədilə yeni “zərərli” fişinq tətbiqlərindən istifadə edəcəklər. Bunların qarşısını almaq üçün biz kiberhücumları aşkar etməyi və zərərsizləşdirməyi bacarmalıyıq” – deyə S.Kuznetsov bildirib.

İdarə heyətinin sədr müavini “İTAR-TASS” xəbər agentliyinə müsahibəsində onu da vurğulayıb ki, kiberfırıldaqçılar sosial mühəndislik metodundan ötən ildən başlayaraq istifadə edirlər. Onun fikrincə, sosial mühəndislik istiqamətində qarşıya çıxan kiberhücumlarla mübarizə aparmaq çətin deyil. Hüquq mühafizə orqanları ilə birlikdə, bu cür cinayətlərə görə cəzaların sərtləşdirilməsi fonunda aparılan operativ işlər sayəsində yaxın bir neçə ay ərzində problemi kökündən həll etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı