3D printerdə qısa zamanda nəhəng bina çap edilib Yanvar 21, 2020 | 10:37 / Texnoloji yeniliklər

“S-Squared” şirkəti 3D çap texnologiyası ilə dünyanın ən böyük binalarından birini ən qısa müddətdə çap edə bilib.

Şirkət təxminən 177 kvadrat metrlik bina inşa edib. Cəmi 8 günə ərsəyə gələn layihədə, yalnız 48 saat çapetmə işinə sərf olunub.

İstehsalçılar növbəti dəfə sınaqdan keçirilən 3D çap vaxtının 2 dəfəyə qədər azaldılacağını bildirirlər. Qeyd edək ki, Meksikada sahəsi yalnız 46 kvadratmetr olan sosial evlər 24 saat ərzində 3D printerlərdən istifadə edərək çap edilib.

Adıçəkilən binanın üstünlüklərindən biri də minimal məbləğdə maliyyə vəsaiti tələb etməsidir. 4pda.ru saytının məlumatına görə, binanın tikilməsində odadavamlı betondan istifadə olunmasına baxmayaraq, qiyməti cəmi 6000 dollar dəyərindədir. Bina möhkəmdir, deqradasiya və dağıntılara az meyillidir.

Binanın xüsusi aksenti SQ4D printerində hazırlanıb. “S-Squared” şirkəti bünövrəni müstəqil tikə bildiyini, az enerji sərf etdiyini və işçilərin sayını üç nəfərə qədər azaltdığını qeyd edir. Şirkət cari il ərzində yaşayış binalarını sənaye miqyasında çap etmək məqsədi ilə istehsal güclərini genişləndirməyi planlaşdırır.

Xatırladaq ki, dünyada tamamilə 3D printer vasitəsilə çap edilimiş ən böyük ev Dubayda 640 kvadrat/metrlik binadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı