“Prestigio” şirkəti dünyanın ilk taçpad-klaviaturasını satışa çıxarıb Yanvar 17, 2020 | 12:16 / Texnoloji yeniliklər

“Click & Touch” klaviaturasının əsas xüsusiyyəti eyni vaxtda həm klaviatura, həm də kompüter siçanı kimi xidmət etmək bacarığıdır. Taçpad klaviaturasını yalnız kompüter üçün deyil, digər avadanlıqlar üçün də istifadə etmək mümkündür.

Kompüter siçanı kimi işlətmək üçün ayrıca toxunma panelinə ehtiyac yoxdur, çünki toxunma zonası klaviaturanın üzərində yerləşir. Kursor sadəcə düymələrdə barmaqları hərəkət etdirməklə idarə olunur. “Click & Touch”a bir barmaqla toxunmaq sol siçan klikinə, iki barmaq ilə toxunmaq isə sağ siçan klikinə bərabərdir. Taçpaddə bir idarəetmə rejimindən digərinə keçid istifadəçi tərəfindən xüsusi tədbirlər tələb olunmadan avtomatik həyata keçirilir.

planet-today.ru saytının məlumatına görə, “Click & Touch” klaviaturası eyni vaxtda beş cihaza qoşula bilir. İstehsalçılar onlar arasındakı qarşılıqlı əlaqəni təmin etmək üçün üç rabitə kanalı hazırlayıb: Bluetooth, USB Type-C və radiointerfeys.

Dünyanın ilk taçpad-klaviaturası adlandırılan cihaz yalnız kompüterlərlə deyil, həm də smartfonlar, pultlar və ağıllı televizorlarla əlaqə qurmaq üçün istifadə olunacaq.

Mütəxəssislər “ağıllı” klaviaturanın ilkin satış qiymətinin 6990 rubl olacağını gözləyirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı