Həm üçölçülü cisim, həm də adi şəkil çap edən cihaz hazırlanıb Yanvar 16, 2020 | 10:46 / Texnoloji yeniliklər

Tayvan şirkəti “XYZ Printing” “da Vinci Color 5D” masaüstü 3D printerini təqdim edib. İstehsalçılar bu printeri 3D + 2D olaraq təyin edirlər.

Qabaqcıl lazer oyma və 3D rəngli çap xüsusiyyətləri olan yeni cihaz “da Vinci Color Mini” və da Vinci Color AiO” (All-in-One) 3D printerlərinin inkişaf etdirilmiş versiyasıdır.

“da Vinci Color 5D” həm üçölçülü plastik əşyaları böyüdür və rəngləyir, həm də adi yastı fotoşəkilləri də çap edir. Cihazın başlıca xüsusiyyəti dəriyə, kartona və plastikə lazer qravürasiyasının tətbiqi rejiminə ekstruder dəyişmək imkanıdır.

techcult.ru saytının məlumatına görə, qurğu 230 x 180 x 180 mm ölçülü obyektləri 100 mm-dən 400 mikrona qədər qatlarda 180 mm/san sürətlə çap edə bilər. Cihaz 1.75 mm diametrli filamentlərlə işləyir.

Mütəxəssislər “da Vinci Color 5D” printerinin bu ilin birinci rübündə 3999 dollara kütləvi satışa çıxarılacağını qeyd edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı