“Google” hava proqnozunu sinoptiklərdən daha dəqiq verməyi öyrənib Yanvar 15, 2020 | 02:55 / Maraqlı məlumatlar

İnsanlar qəflətən başlayan yağışın planlarını dəyişməməsi üçün gündəlik hava proqnozlarını izləyirlər. Buna baxmayaraq, bəzən sinoptiklər də təbiət hadisələrinin dəqiq vaxtını düzgün çatdıra bilmirlər.

“Google” şirkətinin nümayəndələrinin sözlərinə görə, neyron şəbəkələrindən istifadə cəmiyyətə real vaxt çərçivəsində hava proqnozları barədə daha dəqiq məlumat əldə etməyə kömək edəcək.

Sınaq zamanı onlar 1 km məsafədə olan məlumatın ənənəvi metodlardan altı saat daha əvvəl proqnozunu veriblər. Hətta, süni intellekt havanın yağmurlu olacağını proqnozlaşdırırsa, yağışın yağması vaxtı dəqiqəbədəqiqə uyğun gəlir.

4pda.ru saytının məlumatına əsasən, aparılan çoxsaylı sınaqlar zamanı yağıntıları proqnozlaşdırmaq üçün radiolokasiya məlumatlarından istifadə edilib. “Google” yanaşmasının əsas üstünlüyü proqnozlaşdırmanın sürətindədir. Bundan əlavə, neyron analiz metodundan fərqli olaraq, ənənəvi, supergüclü kompüterlərdə yüzlərlə terabayt məlumatların gündəlik emalını tələb edir ki, bu da proqnozların verilmə tezliyini artırmağı baha başa gətirir.

“Google”un yeni alqoritmi müraciətlər əsasında hava proqnozunu cəmi bir neçə dəqiqə ərzində verə bilir. Neyron şəbəkəsinin təlimi üçün 2017-ci ildən 2019-cu ilə qədər ABŞ-ın bir neçə ştatında radar məlumatları toplanılıb. Layihə müəllifləri əmindirlər ki, klassik hesablama metodunun qeyri-effektivliyi və ləngimələri səbəbindən iri şirkətlər tədricən ondan imtina edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı