Səsli idarəetmə ilə çalışan “ağıllı" kondisioner istifadəyə verilib Yanvar 15, 2020 | 09:47 / Texnoloji yeniliklər

“Xiaomi” şirkəti ağıllı “Smartmi Kondisioner A” kondisionerini təqdim edib. İstifadəçilərin temperaturu tənzimləmək üçün sadəcə bir səs əmrini söyləməsi kifayətdir.

Kondisionerin əsas üstünlüklərindən biri yüksək enerji səmərəliliyinə malik olmasındadır.

İstehsalçılar “Smartmi Kondisioner A”nın hazırkı enerji effektivliyinin müasir standartları üstələdiyini qeyd edirlər. Kondisioner 4.65 APF dəyərinə malikdir. APF yüksək olarsa, cihazın enerji səmərəliliyi də artır. Yeni “Xiaomi” cihazı digər kondisionerlərə nisbətən elektrik enerjisinə 20% qənaət edir.

ferra.ru saytının məlumatına görə, “ağıllı” kondisioner həm tətbiqetmə, həm də səsli idarəetmə ilə işləyə bilir. Cihaz “Xiao AI” rəqəmsal köməkçisini dəstəkləyir.

“Smartmi Kondisioner A”nın iki modeli mövcuddur. Onlar ölçülərinə və satış qiymətlərinə görə bir-birindən fərqlənirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı