“Walmart” sifarişləri toplayan robot təqdim edib Yanvar 14, 2020 | 05:30 / Texnoloji yeniliklər

“Walmart” sifariş toplayan və satıcılarla qarşılıqlı əlaqədə olan robotları təqdim edib.“Alphabot” adlı bu robotlar hələ ki, gündə 170-ə qədər sifariş çatdıra bilirlər.

Şirkət artıq ABŞ-dakı bir neçə mağazada malların seçilməsi və daşınması üçün avtonom robotları sınaqdan keçirir. Bu robotlar sınaq müddəti bitdikdən sonra mühəndislərə öz tövsiyələrini verəcək işçi heyətlə əlaqə yaradırlar.

“Alphabot” soyudulmuş və dondurulmuş məhsullar üçün arabalardan istifadə edərək təkbaşına sifarişləri toplamaq qabiliyyətinə malikdir. Robot lazım olan məhsulu tapır, qablaşdırır və yoxladıqdan sonra ünvana çatdırır.

hightech.fm saytının məlumatına görə, bu robotlar hələlik təzə və ya tez xarab olan qidaların çatdırılma sifarişini qəbul edə bilmirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı