Dissertasiya Şurasının növbəti iclası keçirildi Oktyabr 17, 2014 | 02:00 / Konfranslar, iclaslar

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya Şurasının növbəti iclası keçirildi. 

Tədbiri giriş sözü ilə açan şuranın sədr müavini, texnika elmləri doktoru, professor Ələkbər Əliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Bildirdi ki, bugünkü iclas 1203.01 - “Kompüter elmləri” ixtisası üzrə dissertasiya işi üzrə rəsmi opponentlərin, aparıcı təşkilatın və müdafiənin tarixinin təyin edilməsi məsələlərinə həsr edilib. 

İclasda texnika elmləri doktoru elmi dərəcəsi almaq iddiasında olan Valeh Mustafayevin “Petri şəbəkələri nəzəriyyəsinin tətbiqi ilə modelləşdirilmənin avtomatlaşdırılması” mövzusunda dissertasiya işi üzrə rəsmi opponentlər texnika elmləri doktoru, professorlar Nailə Musayeva, Vidadi MusayevSəlahəddin Yusifov aparıcı təşkilat Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu təsdiq edildi.

Dissertasiya işinin müdafiəsi 28 noyabr 2014-cü il tarixinə təyin olundu. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı