İstəkləri bir baxışdan “anlayan” avtomobil istifadəyə verilib Yanvar 13, 2020 | 10:23 / Texnoloji yeniliklər

Avtomobillər üçün ağıllı “BMW i Interaction Ease” salonu təqdim edilib. Bu avtomobil pilotsuz təyyarələr üçün nəzərdə tutulub və sahibinin baxışını tanımağa icazə verən texnologiyalarla təchiz olunub.

Kabinə süni intellekt sisteminə malikdir. Sərnişin avtomobilin xaricindəki istənilən obyektə diqqətlə baxdıqda proqram bunu təsbit edir, sonra istifadəçiyə buradakı qiymətlər, endirimlər, həmçinin menyular daxil olmaqla obyekt haqqında istədiyi məlumatı təqdim edir.

ferra.ru saytının məlumatına görə, salonun interfeysi səs əmrlərini, jestləri və toxunuşları qəbul edir, ön süşə genişlənmiş reallıq olan ekran kimi istifadə edilir.

Bundan əlavə, sistem avtomobilin salonunu ekranda musiqi və ya filmlər göstərməklə istirahət yerinə çevirə, eləcə də işıqlandırmanı dəyişdirə bilir.

Mütəxəssislərin fikrincə, “BMW i Interaction Ease” xüsusiyyətlərindən istifadə edən ilk avtomobil - “iNext” 2021-ci ildə  istifadəyə veriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı