“CES 2020” texnologiya sərgisinin əvəzolunmaz nümunəsi – “Samsung SelfieType” gözəgörünməz klaviaturası Yanvar 12, 2020 | 07:07 / Texnoloji yeniliklər

Xəbər verdiyimiz kimi, Las-Veqasda 4 gün keçirilən, bu il çox sayda maraqlı açıqlamalarla müşayiət olunan “CES 2020” beynəlxalq texnologiya sərgisi yanvar ayının 10-da öz işini yekunlaşdırıb.

Beynəlxalq sərgidə “ağıllı” ev, süni intellekt, 5G, qatlama maşınları, nəzarət texnologiyası, robototexnika ilə bağlı minlərlə yeni məhsul təqdim edilib. Sərgi iştirakçılarının böyük marağına səbəb olan eksponatlar arasında smartfonlar üçün “SelfieType” gözəgörünməz klaviaturası xüsusi yer tutub.

Cənubi Koreyanın “Samsung” şirkətinin istehsalı olan “SelfieType” smartfon sahiblərinə telefon ekranına toxunuşa alternativ olaraq, masa üstündə və ya başqa bir sərt səth üzərində yazı yazmağa imkan verir. Onun texnologiyası smartfonun ön kamerası və süni intellekt alqoritmlərə əsaslanır.

bbc.news.com saytının verdiyi məlumata görə, gözəgörünməz klaviatura istifadəçinin barmaqlarını telefonun ön kamerası ilə izləyir və toxunuşların “Qwerty” klaviaturasındakı yerə uyğunluğunu müəyyənləşdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı