“Ağıllı” göz qiymətli muzey eksponatlarını qoruyacaq Yanvar 12, 2020 | 06:10 / Texnoloji yeniliklər

Bu günlərdə rusiyalı mütəxəssislər Samara İncəsənət Muzeyində kompüter görməsi ilə işləyən mühafizə sistemini sınaqdan keçiriblər. O, Rusiya muzeylərində təqdim olunan qiymətli eksponatları etibarlı şəkildə qoruya bilir.

Eksponatların mühafizə edilməsi məqsədilə yaradılan “ağıllı” göz sistemi güclü süni intellektə əsaslanır. Sistem video görüntüləri müşahidə kameralarından qəbul edərək təhlil edir və şübhəli vəziyyət aşkar etdiyi zaman dərhal təhlükəsizlik işçilərinə məlumat verir.

Mütəxəssislərin fikrincə, muzeylər “ağıllı” gözdən istifadə edərək dəyərli rəsm əsərləri və digər əvəzolunmaz eksponatların oğurlanması kimi xoşagəlməz hadisələrin qarşısını ala biləcəklər.

“Muzeylər üçün “ağıllı” təhlükəsizlik sistemi layihəsi”nin texniki direktoru Mixail Milyutkinin söylədiyi kimi, süni intellekt mühafizə kameralarından daxil olan video axını təhlil edir və şübhəli məqamları ortaya çıxarır.

“Ağıllı” göz sistemi nəinki muzeyləri qorumağa, həmçinin istənilən ictimai məkanı və iaşə obyektini nəzarətdə saxlağa qadirdir. Çevik sistem konfiqurasiyası ondan, hətta terror hücumlarının qarşısını almaq məqsədilə də istifadə etməyə imkan verir.

planet-today.ru saytının məlumatına görə, adıçəkilən sistem qatar stansiyalarında və hava limanlarında qalan şübhəli əşyaları da tapa bilmək qabiliyyətinə malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı