“CES 2020” sərgisində yaşlı insanlar üçün innovativ qadcetlər təqdim edilib Yanvar 10, 2020 | 12:24 / Texnoloji yeniliklər

Las-Veqasda keçirilən, elektronika sahəsində genişmiqyaslı tədbirlərdən biri olan, bu il çox sayda maraqlı açıqlamalarla müşayiət olunan “CES 2020” texnologiya sərgisi bu gün öz işini yekunlaşdırır.

Sərgidə yaşlı insanların həyatını asanlandırmaq üçün hazırlanan qadcetlər də nümayiş olunub. Bu, xüsusilə tibbi monitorinq üçün hazırlanmış bir sıra yeni məhsullar, qiymətli tibbi informasiyanı toplamağa kömək edən portativ qurğulardır. Həmin cihazlarda məlumatlar təhlil edildiyi serverə göndərilir və problem aşkar olduqda qadcet sahibi xüsusi bildiriş alır.

“CarePredict” şirkəti yaşlılar üçün xüsusi hazırlanmış “ağıllı” saatları təqdim edib. “CarePredict” jestləri tanımaqla yanaşı potensial sağlamlıq problemləri barədə xəbərdarlıq etmək imkanına malikdir.

Bundan əlavə, “Z-Works” şirkəti “Origin Wireless” sistemi ilə birlikdə Wi-Fi siqnalından istifadə edərək insanı izləmək üçün istifadə olunan innovativ “Z-wave” protokolunu nümayiş etdirib. Yıxılan və ya evin ətrafında hərəkət edən yaşlı insanı bu qurğu sayəsində izləmək mümkündür.

planet-today.ru saytının məlumatına görə, Tayvanın Sənaye Texnologiyaları Tədqiqat İnstitutunun (Industrial Technology Research Institute) əməkdaşları “CES 2020”də yaşlılar üçün yaradılan xüsusi əyləncəli robot da təqdim ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı