“Samsung” Cənubi Koreyada iri zavodun tikintisinə başlayır Oktyabr 17, 2014 | 09:32 / Maraqlı məlumatlar

Samsung Electronics” şirkəti mikroprosessorların istehsalı üzrə dünyada ən iri zavodlardan birinin tikintisi ilə bağlı layihəyə start verib. Ümumi sahəsi 790 min kv. m olacaq zavoda 14,7 milyard dollar həcmində vəsait qoyulacaq. Tikintinin 2 ilə başa çatdırılması planlaşdırılır. Ekspertlərin qeyd etdiyinə görə, şirkət bu addımı elektronika, xüsusən də smartfon istehsalçıları ilə rəqabətdə geri qalmamaq məqsədilə atır.  

cybersecurity.ru saytının bildirdiyinə görə, “Samsung” Cənubi Koreya ilə razılaşma haqqında artıq sənəd də imzalayıb. Zavodun inşaasına Pxentxek şəhərində 2015-ci ilin birinci yarısında start veriləcək. İstehsal isə 2017-ci ilin ikinci yarısına planlaşdırılıb. Tikinti və istehsal prosesinə ümumilikdə 150 min nəfərin cəlb ediləcəyi gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı