“Twitter”dən kibertəhlükəsizlik hücumlarına qarşı yeni funksiya Yanvar 09, 2020 | 11:40 /

“Twitter” istifadəçilərə mesajlarına kimin cavab verə biləcəyini və ya cavabları tamamilə bloklaya biləcəyini idarə etməyə imkan verən yeni funksiyanı sınaqdan keçirib.

Sosial media şirkətləri kiberhücumlardan qorunmaq məqsədilə bu problemdən müdafiə üsullarını araşdırır və ciddi tədbirlər görməyə çalışırlar.

bbc.com saytının məlumatına görə, “Twitter” Las-Veqasda keçirilən CES 2020 beynəlxalq sərgisində təqdimat zamanı təcrübə detallarını açıqlayıb. Şirkət artıq istifadəçilərin tvitlərinə verilən cavabları gizlətməyə imkan verən funksiyanı işə salıb.

Yeni xüsusiyyətlər istifadəçilərə cavab üçün dörd fərqli seçim etməyə imkan verir:

Qlobal - hər kəsin cavab verməsinə icazə verir;

Qrup - istifadəçinin izlədiyi insanların cavablarına icazə verir;

Panel - qeyd olunan insanların cavablarına icazə verir;

Tətbiq - heç bir cavab verməyə icazə vermir.

Xatırladaq ki, ötən ildən etibarən “Twitter” istifadəçilərə tvitlərinə verilən xoşagəlməz cavabları gizlətməyə imkan verən funksiyanı tətbiq edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı