Praqada kibernetika təhlükəsizliyi məsələləri üzrə konfrans keçirilir Oktyabr 16, 2014 | 11:52 / Konfranslar, iclaslar

Oktyabrın 15-də Praqada kibernetika təhlükəsizliyi məsələlərinə həsr olunmuş və “Future Forces” Beynəlxalq sərgi layihəsinin tərkib hissəsi olan üçgünlük “Future Forces” Beynəlxalq konfransı işinə başlayıb.
 
Dünyanın müxtəlif ölkələrini təmsil edən ekspertlər Letnyanı Sərgi Mərkəzində bu sahədə mövcud olan cari və gələcək təhlükələri, habelə kibercinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə edəcəklər. Bu yaxınlarda NATO Hərbi Komitəsinin rəhbəri seçilmiş Çexiya Ordusu Baş qərargahının rəisi Pyotr Pavel və ABŞ, Böyük Britaniya, Bosniya və Herseqovina, Macarıstan, Polşa və Almaniyadan gəlmiş bir sıra mütəxəssislərin məruzələrlə çıxışı nəzərdə tutulub. Konfransda Aİ, NATO, İnterpol və Avropolun rəsmi nümayəndə heyətləri iştirak edir.
 
Avropa kibernetika təhlükəsizliyi ayı çərçivəsində Çexiyanın polis işçiləri və dövlət idarələri mütəxəssislərinin iştirakı ilə ölkənin paytaxtında hakerliklə bağlı problemlərin profilaktikasına və həllinə yönəldilmiş “Kyberpsycho” konfransı da keçiriləcək.  

ictnews.az

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı