Süni ağaclar 2019-cu il ən yaxşı texnologiyası adlandırılıb Dekabr 29, 2019 | 12:27 / Maraqlı məlumatlar

Hər ilin sonunda "Popular Science" jurnalının müəllifləri ən yaxşı texnologiyanı seçirlər. Bu il bu nüfuzlu mükafata qlobal istiləşmənin qarşısını alaraq planeti təmizləmək qabiliyyətinə malik süni ağaclar layiq görülüb.

Süni ağac “Silicon Kingdom Holdings” şirkətinin dəstəyi ilə Arizona Dövlət Universitetinin professoru Klaus Layner və onun iş yoldaşları tərəfindən hazırlanıb. Bu, dünyada ilk passiv birbaşa hava çəkmə texnologiyasıdır.

4pda.ru saytının məlumatına görə, 2020-ci ildə bu ağacların mərhələli "əkilməsi" planlaşdırılır. Plana 2-3 kvadrat kilometr ərazini tutan, ildə 4 milyon ton karbon qazı toplaya biləcək 120 min ağacın quraşdırılması daxildir. “MechanicalTree” adlı 1200 ağacdan ibarət meşə havanı karbon qazından təmizləmək imkanına malikdir.

Karbon qazının toplanması üçün təklif olunan texnologiya əlavə enerji təchizatı tələb etmir və qiyməti olduqca münasibdir.

İstehsalçılar  yaxın 10-15 ildə süni ağaclar sayəsində atmosferdəki karbon qazının miqdarını azaltmaqla yanaşı, qlobal istiləşmə problemini də həll edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı