Dünya iqtisadiyyatı kibercinayətkarlıq ucbatından 27 milyard dollar itirib Oktyabr 16, 2014 | 10:02 / Maraqlı məlumatlar

2013-cü ildə kibercinayətkarlığın dünya iqtisadiyyatına vurduğu zərər 2012-ci illə müqayisədə (18 milyard dollar) 1,5 dəfə artaraq 27 milyard dollar təşkil edib. lenta.ru saytının məlumatına görə, bu haqda informasiya təhlükəsizliyi üzrə konfransda “Group-IB” şirkətinin baş direktoru İlya Saçkov bildirib.

İ.Saçkovun fikrincə, informasiya təhlükəsizliyi üzrə klassik vasitələr artıq insidentlərin qarşısını almaq iqtidarında deyil: “Şirkət və ya dövlətin təkcə daxili mühitindəki vəziyyəti deyil, kibermühitin xarici indikatorlarını da daim izləmək lazımdır”. 

Məruzəçi kibercinayətkarların mobil bank xidmətləri sahəsində də fəallığının artdığını qeyd edib. İ.Saçkov bir il ərzində bədniyyətlilərin bankomatlara da hücum faktlarının artdığını bildirib. Onun sözlərinə görə, 2013-cü ildə kibercinayətkarlar Rusiya və MDB-nin İnternet-Bankinq sistemində fırıldaqçılıqdan, pul vəsaitlərinin mənimsənilməsi və digər əməliyyatlardan 426 milyon dollar məbləğində vəsait qazanıblar.

  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı