İlk virtual səsyazma studiyası təqdim edilib Dekabr 27, 2019 | 11:07 / Maraqlı məlumatlar

“SkywatcherVR” studiyası virtual reallıq üçün “Instrument Studio VR” adlı proqram hazırlayıb. O, virtual reallıqda musiqinin yazılması üçün ilk və hələ ki yeganə sistemdir. Daha dəqiq desək, bu, adi səsyazma studiyasının virtual mühitə daşınmış surətidir.

techcult.ru saytının məlumatına görə, proqramın müəllifi 3 il əvvəl virtual reallıq üçün ilk zərb alətini layihələşdirən Pol Kalendir. O, bu istiqamətdə daha da irəliləyərək, bir sıra musiqi alətlərini və müşayiət avadanlıqlarını ardıcıllıqla virtual reallığa daşımağa nail olub. Bu işdə Kalenə Şimali İrlandiyanın “Relish” qrupunun peşəkar musiqiçiləri Ken və Karl Papenfuslar kömək ediblər.

“Instrument Studio VR” proqramı artıq yüksək qiymətləndirilib və hətta yanvar ayında “CES 2020” beynəlxalq sərgisi çərçivəsində keçiriləcək “DreamlandXR” festivalının mükafatına namizəddir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı