Yeni astronomik kəşfləri özündə ehtiva edən kosmik jest dili yaradılıb Dekabr 27, 2019 | 09:03 / Maraqlı məlumatlar

Tələbələrin sayının çoxluğuna görə İngiltərənin 2-ci ən böyük ali məktəbi hesab olunan Lids Universitetinin mütəxəssisləri eşitmə qüsuru olan astoromlar üçün kosmik jest (işarə) dili yaradıblar. 

Jestlərdən ibarət olan müstəqil dil əl və üz ifadələri, ağız və dodaqların hərəkəti, habelə bədənin mövqeyi ilə birləşir. Jestlərdən, əsasən, eşitmə qüsurlu şəxslər ünsiyyət yaratmaq məqsədi ilə istifadə edirlər.

Son dövrlərdə digər elm sahələrində olduğu kimi, astronomiyada da aparılan innovativ tədqiqatlar nəticəsində çoxsaylı yeni terminlər yaranıb.  Böyük Britaniyanın bbcnews telekanalının verdiyi xəbərə görə, nitq və eşitmə qüsurlu astronomlar həmin elmi yeniliklər və yeni terminlərlə bağlı çətinliklərlə üzləşirlər. Bu səbəbdən britaniyalı astronomlar və jest dili mütəxəssisləri özündə yeni astronomik yenilikləri və yeni terminləri ehtiva edən kosmik jest dili yaratmağa qərar veriblər.

“Bu sürətlə irəliləyən və bu yeni kəşfləri çatdırmaq üçün yeni bir dilə ehtiyac duyan bir elm sahəsidir. Bunun çox mühüm olduğunu düşünürəm və digər elm sahələrində də tətbiq edilməsinin zəruri olduğunu düşünürəm” – deyə Milton Keyns Kar Astronomlar Cəmiyyətinin əməkdaşı Derek Rouley bildirib.

Mütəxəssislərin fikrincə, kosmik jest dili alim və mütəxəssislərə Kainatın hələ də açılmamış sirlərini öyrənməkdə çox kömək edəcək.

Qeyd edək ki, bir neçə ay öncə dünya mətbuatında NASA alimlərinin TESS (Transiting Exoplanet Survey Satellite) teleskopunun köməyi ilə bir neçə yeni planet tapdıqları barədə xəbərlər yayılmışdı.

TESS müasir kosmik teleskoplardan biridir, onların köməyi ilə ekzoplanetlər öyrənilir. Başqa sözlə, teleskop günəş sisteminə daxil olmayan planetləri öyrənməyə imkan verir. TESS teleskopunun texnologiyası sayəsində asterokosmik məlumatlar qeyd olunur. Bu, cihazdakı quraşdırılmış fotosellər sayəsində mümkündür.

Xatırladaq ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Kəmalə Qurbanova jest (işarə) dilinin informatikası problemləri, bu dilin tətbiq sahələri, növləri, müasir vəziyyəti və daktil əlifba ilə bağlı araşdırmalar aparıb. O, jestərin qeyd edilməsinin skelet, 3D və 2D metodları, eləcə də markerlər əsasında jestin tanınması metodu, təsadüfi meşə, süni neyron şəbəkə, əl barmaqlarının proyeksiyası, qabarıq həndəsənin tətbiqi ilə əlin konturlarının analizi və s. bağlı tədqiqatlar aparıb.

K.Qurbanovanın apardığı araşdırmalar nəticəsində jest dilinin avtomatik tərcüməsində əlin hərəkətinin tanınması alqoritminin blok-sxemini təqdim edərək, jestin tanınmasının “Fingual”, “Kinect”, “WebGL”, “SignWriting”, “HamNoSys” sistemləri və bu sistemlərin məlum olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı