Məşhur sosial şəbəkə təsisçisi Ebola virusu ilə mübarizəyə 25 milyon dollar ayırıb Oktyabr 15, 2014 | 03:12 / Maraqlı məlumatlar

Facebook” sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq və onun həyat yoldaşı Prinsilla Çan Ebola xəstəliyi ilə mübarizəyə 25 milyon dollar ayırıblar.

“Biz ən qısa zamanda xəstəliyin yayılmasını nəzarət altına almalıyıq”, - şəbəkə sahibi qeyd edib.

M.Zukerberqin sözlərinə görə, əks halda, virus səhiyyə sahəsində uzunmüddətli dünya böhranına səbəb ola bilər ki, onunla da mübarizə üçün QİÇS və ya poliomielit kimi onilliklər lazım olacaq.

O vurğulayıb ki, ayrılan vəsaitlər qısa müddət ərzində ekspertlərin epidemiyanın qarşısının alınmasına yönələn işini sürətləndirə bilər.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, Qərbi Afrika ölkələrində virus qurbanlarının sayı 4447 nəfərə çatıb, 8,9 min nəfər isə bu xəstəliyə yoluxub.  

Daha çox ölüm halları üç ölkədə – Liberiya, Sierra Leone və Qvineyada qeydə alınıb

itar-tass.com

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı