Robot tozsorana pilləkənləri qalxmaq öyrədilib Dekabr 25, 2019 | 02:54 / Texnoloji yeniliklər

Amerikalı mühəndis robot elektrik süpürgəsini üçvintli pilotsuz təmizləyiciyə çevirib. Yeni robot tozsoran yolundakı maneələri aşaraq mərtəbələr arasında hərəkət edə bilib.

Mühəndis və videoblogger Peter Sripol mərtəbələrin sayından asılı olmayaraq, başqa bir zəminə çıxa bilən robot tozsoranın prototipini hazırlayıb. O, kütləvi istehsal edilən modellərdən birini əsas götürərək ona üç tunel ventilyatoru, həmçinin uçuşu idarə etmək məqsədilə mikrokontrollerlər və akkumulyator bərkidib.

nplus1.ru saytının məlumatına görə, cihaz mərtəbələri çıxa bilir, eləcə də burada rahatlıqla təmizlik işlərini həyata keçirə bilir. Pilotsuz aparat avtonom deyil və yalnız operatorun nəzarəti altında uçur.

Xatırladaq ki, robot tozsoranlar bir neçə ildir ki, kütləvi şəkildə istehsal olunur. Onlar evin ətrafında gəzir və təmizlənmiş yerləri yaddaşında saxlayaraq ev təmizliyini asanlaşdırırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı