Parol əvəzinə selfi Oktyabr 15, 2014 | 09:26 / Maraqlı məlumatlar

ABŞ prezidentinin baş kibermühafizəçisi maraqlı təklif irəli sürüb

Ağ Evin kibertəhlükəsizlik məsələləri üzrə şöbəsinin rəhbəri Maykl Deniel maraqlı təkliflə çıxış edib. O, verilənlərin ənənəvi mühafizə metodlarından, xüsusən də parollardan imtina etməyi, bunun əvəzinə isə alternativ variantlardan istifadəni təklif edib.

Bu haqda M.Deniel ABŞ-ın milli siyasət məsələləri üzrə Mərkəzi və “The Christian Science Monitor” xəbər portalının təşkil etdiyi diskussiya zamanı bildirib. “Düzünü deyim  ki, mən, ilkin təhlükəsizlik metodu kimi parol anlayışını ləğv edərdim” – bildirən M.Deniel parolların alternativ metodlarla, misal üçün, biometrik üsullarla (barmaq izlərinin skaneri) və hətta selfi ilə əvəz olunmasını təklif edib. Şöbə rəhbəri əmindir ki, bu yolla qurğulara və ya qeydlərə əlyetərliyi bədniyyətlilər deyil, onların öz sahibi əldə edəcək.   

hitech.newsru.com saytının məlumatına görə, Ağ Evin koordinatoru həmçinin “dəhşətli” hesab etdiyi təhlükəsizlik mexanizmi haqda problemlərdən də söhbət açıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı