“Mobil məhkəmə” proqram təminatının geniş ictimai təqdimatı keçirilib Dekabr 24, 2019 | 05:25 / Konfranslar, iclaslar

Dekabrın 24-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Fairmont” otelində ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılmasında növbəti mühüm addım və məhkəmə istifadəçiləri üçün çox faydalı olan “Mobil məhkəmə” proqram təminatının geniş ictimai təqdimatı keçirilib.

Tədbirdə Ədliyyə Nazirliyinin, Məhkəmə-Hüquq Şurasının, Baş Prokurorluğun, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Vəkillər Kollegiyasının məsul şəxsləri, Milli Məclisin deputatları, hakimlər, sahibkar və bank sektorunun təmsilçiləri, ictimaiyyətin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bu gün ədliyyə sahəsində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə xüsusi diqqət yetirildiyi vurğulanaraq, xüsusi elektron notariat elektron çantası, yalnız Azərbaycanda mövcud elektron ədliyyə köşkü və Azərbaycan məhsulu olan mobil notariat proqram təminatı, habelə azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin - elektron qolbaqların tətbiqi barədə məlumat verib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 2014-cü il 13 fevral tarixli Sərəncamına əsasən və Dünya Bankı ilə birgə işlənilərək hazırlanmış “Elektron məhkəmə” informasiya sistemi istifadəyə verilib.

Tədbirdə mobil məhkəmə barədə təqdimat nümayiş etdirilib. Məlumat verilib ki, ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılmasına xidmət edən “Mobil məhkəmə” məhz bu gündən – dekabrın 24-dən istifadəyə verilir. Artıq vətəndaşlar “Mobil məhkəmə” proqram təminatını müvafiq linkə daxil olmaqla mobil telefonlarına yükləyərək “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından mobil qaydada istifadə edəcək və faydalana biləcəklər.

Digər çıxış edənlər məhkəməyə əlçatanlığın asanlaşdırılması məqsədilə məlumatları mobil qaydada dərhal əldə etməyə imkan verən “Mobil məhkəmə” proqram təminatının istifadəyə verilməsini yüksək qiymətləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı