5 nəfərlik elektrik təyyarəsi sınaqdan keçirilib Dekabr 24, 2019 | 03:50 / Texnoloji yeniliklər

Almaniya istehsalı olan 5 nəfərlik elektrik təyyarəsi “Lilium Jet” ilk sınaq uçuşunu həyata keçirib. Şirkət hələ onlarla sınaq keçirməyi və 2025-ci ildə qurğunu bazara çıxarmağı planlaşdırır.

hightech.fm saytının məlumatına görə, 3 dəqiqə davam edən sınaq uçuşunun videosu yayımlanıb. Bu zaman təyyarə uçuş və eniş edib. Mühəndislər, həmçinin qurğunun döngələrə necə uyğunlaşdığını yoxlayıblar.

Qurğuda 36 propeller istifadə olunur ki, bunların əksəriyyəti ön qanadda yerləşdirilib. Belə sxem təyyarəyə şaquli uçmağa və oturmağa imkan verir.

Şirkət nümayəndələri bildiriblər ki, təyyarə 300 kilometrə qədər məsafəyə uça bilər, onun maksimal sürəti 300 km/saat təşkil edir. Kabina dörd sərnişin və bir pilot üçün nəzərdə tutulub. Sınaqlar 2025-ci ilə qədər davam edəcək. Bundan sonra təyyarələr bir neçə Avropa ölkəsində aerotaksi funksiyasını yerinə yetirməyə başlayacaq.

Təyyarənin növbəti sınaq uçuşları daha yüksək sürətlə reallaşacaq. Mühəndislər 2020-ci ildə 100 km/saat sürətə nail olmaq niyyətindədirlər. “Lilium” sınaqlarının ikinci mərhələsində təyyarənin örtüsü və qanadlarının hansı ağırlığa davam gətirəcəyi yoxlanacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı