Robotlar Nyu-Yorkda Milad bayramını keçirməyə və 2020-ci ili qarşılamağa hazırlaşırlar Dekabr 24, 2019 | 01:12 / Maraqlı məlumatlar

Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində keçirilir, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər.

 Nyu-Yorkda keçirilən bu ilki Milad bayramı və yeni – 2020-ci ili qarşılamaq məqsədilə keçiriləm bayram hazırlıqlarında robotlar da yaxından iştirak edirlər.

Onlar “Bloomingdale” mağazasının bayram vitrinlərində öz bacarıqlarını nümayiş etdiriblər.

Bir neçə gündür “Bloomingdale”-in üç vitrinində yer alan on bir robot müxtəlif musiqi alətlərində çalır, alıcılara qəhvə təklif edir, hətta karaoke ifa edirlər.

Böyük Britaniyanın bbcnews telekanalının verdiyi xəbərə görə, gələcəkdə həmin robotlardan pərakəndə ticarət mərkəzlərinin işində geniş şəkildə istifadə etmək olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı