Finlandiya Avropa İttifaqı ölkələrinin vətəndaşları üçün süni intellektə dair pulsuz onlayn-kurslar keçməyi təklif edir Dekabr 24, 2019 | 10:25 / Maraqlı məlumatlar

Finlandiyada inanırlar ki, Avropa İttifaqına üzv ölkələrin yaşından və təhsil səviyyəsindən asılı olmayaraq, hər bir vətəndaşının həyatı boyunca təhsilini davam etdirmək imkanı olmalıdır. Bu məqsədlə Finlandiya hökuməti Avropa İttifaqı (Aİ) ölkələrinin vətəndaşlarına süni intellektə dair pulsuz onlayn-kurslardan keçməyi təklif edir.

Milad bayramı ərəfəsində Avropa İttifaqı ölkələrinə hədiyyə kimi təqdim edilən bu kurslar Finlandiyanın Aİ-də sədrliyinin sonuna həsr edilib və yalnız Avropa İttifaqı vətəndaşları üçün nəzərdə tutulub.

goodnewsfinland.com saytının verdiyi xəbərə görə, Finlandiya hökumətinin Helsinki Universiteti ilə birlikdə işləyib hazırladığı bu layihə 2021-ci ilə qədər davam edəcək. Onlayn-kurslar cəmiyyətin durmadan rəqəmsallaşmasından və əmək bazarında süni intellektin insanlara təklif etdiyi imkanlardan faydalanmaqda Aİ ölkələrinə kömək etməlidir. Kurs süni intellektin elementar konsepsiyalarını praktikada əhatə edir, lakin kodlaşdırma kimi mürəkkəb məsələlərin dərinliyinə getmir.

Hökumətin bu təklifini şərh edən Finlandiyanın Əmək naziri Timo Harakka “süni intellektin əhəmiyyəti artdıqca bizim rəqəmsal bilik və bacarıqlara olanj ehtiyac meyarımız da günbəgün artır. Əmək bazarındakı dəyişikliklər, iş yerlərinin dəyişdirilməsi, rəqəmsallaşma və artan qlobal rəqabət - bütün bu proseslər AB üçün bir şey deməkdir: biz insanlara sərmayə qoymalıyıq” – deyə bildirib.

Hazırda layihə fin, ingilis, İsveç və eston dillərində istifadəyə verilib. Lakin layihənin yaradıcıları əmin edirlər ki, o, Aİ-yə daxil olan bütün ölkələrin dillərində təqdim ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı