Bakteriya və virusların yapışa bilməyəcəyi səth hazırlanıb Dekabr 18, 2019 | 04:43 / Texnoloji yeniliklər

Hətta ən ölümcül superbakteriyaları dəf edən material hazırlanıb.

Tədqiqat Makmaster Yoluxucu Xəstəliklər İnstitutu, eləcə də Makmaster Elektron Mikroskopiyanın Kanada Mərkəzi ilə əməkdaşlıq edən Leyla Süleymani və Tohid Didarın rəhbərliyi altında həyata keçirilib.

Məlum olduğu kimi, bakteriyalar və viruslar istənilən səthə düşərək sürətlə çoxalırlar. Həm gündəlik həyatda, həm də cərrahi əməliyyatlar zamanı səthlərin mikroorqanizmlərdən təmizlənməsi və dezinfeksiya edilməsi olduqca vacibdir.

Material xəstəxanadan mətbəxə qədər yüksək təmizlik tələb edən şəraitdə, həmçinin bağırsaq çöpü, salmonella, listeriya kimi bakteriyaların təsadüfi daşına biləcəyi qida məhsullarının qablaşdırmasında istifadə edilə bilər.

hi-news.ru saytının məlumatına görə, universitetin tədqiqatçılar qrupunun hazırladığı material bakteriyaların hər bir növündən özünü təmizləyə bilir. Bu səth görünüşündə adi plastik kütlədən fərqlənmir və bütün xarici təsirləri istisna edən mikroskopik "qırışlar" ilə toxunub.

Elm adamları real vaxt çərçivəsində elektron mikroskopdan istifadə edərək səthin effektivliyini yoxlaya biliblər və aparılan təcrübələrdə materialın effektivliyi 87% özünü doğruldub. Nəticə olaraq, onun tibbi məqsədlər üçün istifadə potensialının yüksək olduğu ortaya çıxıb. 

Hazırda mütəxəssislər yeni texnologiyanın kommersiya tətbiqi üzərində işləyir, eləcə də onu antibakterial vasitələrin əsas hissəsinə çevirməyə və bakteriyaları itələmə xüsusiyyətini artırmağa çalışırlar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı