“Ağıllı” ekran təqdim olunub Dekabr 17, 2019 | 03:18 / Texnoloji yeniliklər

“Xiaomi” şirkəti ictimaiyyətə yeni “ağıllı” ekranını təqdim edərək, qabaqcıl qadcetlər kataloqunu tamamlamağa davam edir. “Mi AI Touchscreen Speaker Pro 8” bir çox funksiyaya malikdir.

dni24.com saytının məlumatına görə, “ağıllı” ev üçün nəzərdə tutulmuş yeni ekran “Google Nest Hub” və “Amazon Echo Show 8” qurğularına bənzəyəcək. İstifadəçi 8 düymlük ekrana malik qadcet sayəsində real vaxt rejimində hava haqqında məlumat əldə edə, multimedianın ötürülməsi və videoəlaqə funksiyalarından istifadə edə biləcək. İntellektual ekran, həmçinin digər devaysları idarə etmək imkanı verir.

“Mi AI Touchscreen Speaker Pro 8” 10 Vatt gücündə 3 ədəd 50,8 millimetrlik audio-dinamiklə təchiz edilib. O, “Android” və “iOS” əməliyyat sistemləri ilə işləyən qurğulara qoşulur. Qurğu, həmçinin uşaqlara uyğun kontent seçməyə və zəngli saatla xatırlatmaları quraşdırmağa imkan verir. İstifadəçilər ön kameranın köməyilə videozənglər edə və ya qurğudan rəqəmsal fotoçərçivə kimi istifadə edə biləcəklər. “XiaoAI” virtual köməkçisi səsli əmrlərin köməyilə tapşırıqları yerinə yetirir. Alıcı bütün bu funksiyaları dekabrın 18-dən etibarən cəmi 71 ABŞ dollarına əldə edə biləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı