Özü-özünü idarə edən yük gəmisi sınaqdan keçirilib Dekabr 17, 2019 | 02:55 / Texnoloji yeniliklər

15 dekabr 2019-cu il tarixində Çin yük gəmisi “Sindouyun 0 Hao” ilk sınaq səyahətini edib. Bu gəminin özəlliyi onun sərbəst idarə olunmasındadır.

Mütəxəssislər özü-özünü idarə edən gəminin Quandun əyalətində keçirilən sınaqlarının müvəffəqiyyətlə baş tutduğunu qeyd edirlər.

ferra.ru saytının məlumatına görə, özü hərəkət edən gəmi yüklərin təhlükəsiz və sürətli daşınmasını təmin edəcək. Gəmi elektrik mühərrikləri, muxtar idarəetmə və uzaqdan idarəetmə sistemi ilə təchiz olunub. Elektrikli gəmi həm də avtomatik naviqasiya sistemlərinə malikdir.

“Sindouyun 0 Hao” yük gəmisi Çinin” Yunhang Intelligent” şirkəti tərəfindən 2017-ci ildən inşa etdirilir.  İstehsalçılar bu qurğuların ənənəvi nəqliyyat gəmilərinə nisbətən 20% ucuz olacağını güman edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı