“Əbədi” batareya ilə təchiz olunmuş simsiz qulaqlıqlar hazırlanıb Dekabr 17, 2019 | 01:43 / Texnoloji yeniliklər

JBL şirkəti Reflect Eternal adlı heç bir şarj cihazı olmadan yüklənə bilən Bluetooth qulaqlığını təqdim edib.

Müasir simsiz qulaqlıqların çatışmazlıqlarından biri dövri olaraq yüklənmə ehtiyacının olmasıdır. Təqdim olunan yeni qulaqlıq məftillər, eləcə də heç bir şarj cihazı olmadan yenidən yüklənə bilmə xüsusiyyətinə malikdir.

Cihaz 40 mm-lik sürücü və 20 Hz-dən 20 kHz-ə qədər tezlik diapazonunda olan günəş paneli ilə təchiz edilib. Günəş paneli gün ərzində, hətta süni işıqlandırma şəraitində də qulaqlıqları şarj etməyə imkan verir. 1,5 saat yüklənmə küçədə 68 saat musiqi ifa etmək üçün kifayət edir. Hətta gündə 2,5 saat açıq havada vaxt keçirməklə şarj etməyə heç vaxt ehtiyac olmaya bilər.

Günəş hüceyrələrinə əsaslanan digər qurğularda olduğu kimi, qulaqlıqda da süni işıq və ya dolayı günəş işığından istifadə ilə yüklənmə daha çox vaxt aparır. Lakin istehsalçılar qeyd edir ki, texnologiya aşağı intensivliyin əks olunan işığının udulmasını nəzərə alaraq inkişaf etdirilib. Qulaqlıq 15 dəqiqə ərzində şarj olunan və 2 saat istifadəyə şərait yaradan ənənəvi USB yuvası ilə də təmin olunub.

4pda.ru saytının məlumatına görə, qulaqlıq Bluetooth 5.0 rejimi üçün quraşdırılmış mikrofon ilə təchiz olunub və ətrafdakıları dinləmək üçün “Google Voice Assistant”, eləcə də “TalkThru”,“Ambient Aware” texnologiyalarını dəstəkləyir. İstifadəçilər eyni zamanda fərqli Bluetooth cihazları arasında sürətli keçid edə bilərlər.

Mütəxəssislər insanların gələn ilin oktyabr ayından əbədi batareya ilə təchiz olunmuş qulaqlığı sifariş edə biləcəklərini qeyd edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı