Emosiyaların tanınması sistemlərinin müvəqqəti qadağan edilməsi təklif olunub Dekabr 16, 2019 | 03:30 / Maraqlı məlumatlar

Nyu-Yorkda yerləşən AI Now İnstitutunun illik hesabatında emosiyaların tanınması sistemlərinin müvəqqəti qadağan edilməsinin təklif olunduğu qeyd edilib. Alimlərin fikrincə, texnologiya hələ ki, kifayət qədər elmi əsasa malik deyil. Bu səbəbdən insanların həyatına təsir edən qərarlarda ondan istifadə etmək məsləhət görülmür.

Maşınların insanların emosiyalarını daim və düzgün tanıdıqları barədə elmi sübutlar olmasa da, bu bazar artıq 20 milyard dollarlarla qiymətləndirilir və sürətlə inkişaf edir. Hazırda texnologiya cinayət törətməkdə şübhəli bilinən insanların, iş üçün müraciət edən şəxslərin qiymətləndirilməsində istifadə olunur. Bu kimi sistemlər həm də başqa sahələrdə (məsələn, virtual reallıq qarniturlarında idmançıların emosional vəziyyətini müəyyən etmək üçün) yoxlanılır.

Bundan başqa, alimlər texnologiyanın irqi və gender bərabərsizliyini gücləndirə biləcəyindən ehtiyat edirlər. “Tənzimləyici orqanlar bu sistemlərdən istifadəni məhdudlaşdırmaq üçün müdaxilə etməlidirlər, süni intellektin yaradılması ilə məşğul olan şirkətlər isə onun tətbiqini dayandırmalıdırlar”, – institutun alimləri bildiriblər.

hightech.fm saytının məlumatına görə, alimlər ABŞ Psixoloqları Assosiasiyasının tədqiqatına istinad ediblər. Bu elmi işdə 2 il ərzində emosiyaların tanınması üzrə mindən çox məqalə araşdırılıb. Onlar belə nəticə çıxarıblar ki, emosiyaların təyini üçün yalnız insanın sifətinin analizi kifayət etmir.

İnstitutun alimləri məruzədə hökuməti və biznes nümayəndələrini sifətin tanınması sistemlərindən istifadəni risklər azalana və texnologiya daha da təkmilləşdirilənə qədər dayandırmağa çağırıblar. Alimlər bu kimi sistemləri inkişaf etdirən şirkətləri irqçiliyin yayılmasında ittiham edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı